Maraq göstərənlər arasında “Barselona” və “Liverpul” da var

6 May 22:00 İtaliya 580
Maraq göstərənlər arasında “Barselona” və “Liverpul” da var

“İnter”in müdafiəçisi Alessandro Bastoni transfer bazarında diqqət mərkəzindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçuya maraq göstərənlər arasında yalnız “Barselona” deyil, həm də “Liverpul” var.

Xəbərdə bildirilir ki, “qırmızılar” müdafiəçi üçün tələb olunan 70 milyon avroluq məbləğdən çəkinmir.

Bastoni son dövrlərdə, xüsusilə, İtaliya millisindəki çıxışına görə tez-tez tənqid olunub. Bu səbəbdən, futbolçunun özü də karyerasında dəyişiklik etmək barədə düşünə bilər.

“İnter” ötən həftəsonu növbəti dəfə İtaliya çempionu adını qazanaraq, turnirin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?