"Mən burada 10 il qala, sonra yenə də Premyer Liqaya qayıda bilərəm"

00:20 İtaliya 89
"Mən burada 10 il qala, sonra yenə də Premyer Liqaya qayıda bilərəm"

“Komo”nun baş məşqçisi Sesk Fabreqas gələcək planları barədə danışıb və İngiltərə Premyer Liqasına qayıdış ehtimalını istisna etməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”ın və “Çelsi”nin sabiq futbolçusu İngiltərə çempionatını hazırda dünyanın ən güclü liqası adlandırıb:

“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Bunu həm futbolçu, həm məşqçi, həm də azarkeş kimi həmişə açıq şəkildə demişəm. Mən bunu hiss etmişəm və indi də belədir”.

İspaniyalı mütəxəssis əlavə edib ki, gələcəkdə İngiltərəyə qayıtmaq ehtimalı var:

“Joze Mourinyo (“Benfika”nın baş məşqçisi) bir dəfə mənə demişdi ki, “mənim hələ 30 il işim var”.

Mən burada 10 il qala, sonra yenə də Premyer Liqaya qayıda bilərəm. Futbol çox sürətlə inkişaf edir, hər şey bir anın içində dəyişə bilər”.

Fabreqasın komandası “Komo” hazırda İtaliya çempionatında 35 turdan sonra 62 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və avrokuboklar zonasına düşmək uğrunda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti