Braziliyalı müdafiəçi qalmaq qərarı verdi - “Yuventus”da

21:15 İtaliya 105
Braziliyalı müdafiəçi qalmaq qərarı verdi - “Yuventus”da

“Yuventus”un müdafiəçisi Qleyson Bremer gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, braziliyalı Turin təmsilçisində qalmaq niyyətindədir və klubla yeni müqavilə imzalamağa hazırdır.

Bu qərar onunla maraqlanan “Liverpul”la “Nyukasl”ın planlarını sual altına salıb.

Bremer cari mövsümdə “Yuventus”un müdafiə xəttində əsas fiqurlardan biridir. O, bütün turnirlərdə 27 oyunda meydana çıxaraq, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

29 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir, ancaq tərəflər əməkdaşlığı uzatmaq üçün danışıqları davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti