“Bolonya”nın vingeri Conatan Roue karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Çelsi” və “Mançester Yunayted” yaxından maraqlanır.
Hər iki klub oyunçunun A Seriyasındakı çıxışını diqqətlə izləyir.
İngiltərəli futbolçunun “Bolonya” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə 39 oyunda meydana çıxaraq, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

