İsveçrəli müdafiəçinin transfer hüququna yiyələnəcək

22:00 İtaliya 77
İsveçrəli müdafiəçinin transfer hüququna yiyələnəcək

“İnter” “Mançester Siti”dən icarə əsasında heyətində çıxış edən müdafiəçi Manuel Akanjinin transfer hüquqlarını tam şəkildə əldə etməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü olan 30 yaşlı futbolçunun birdəfəlik transferi 15 milyon avroya başa gələcək.

Akanji cari mövsümdə “İnter”in heyətində 42 oyuna çıxıb və 2 qol vurub.

Onun sabit çıxışı rəhbərliyi transferini aktivləşdirməyə sövq edib və tərəflər artıq razılaşmaya yaxındır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti