Məşhur futbol adamı paytaxt klubunun müşaviri vəzifəsindən ayrıldı

25 Aprel 00:10 İtaliya 484
Məşhur futbol adamı paytaxt klubunun müşaviri vəzifəsindən ayrıldı

İtaliyalı mütəxəssis Klaudio Ranyeri “Roma”da müşavir vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl 74 yaşlı mütəxəssisin komandanın baş məşqçisi Can Pyero Qasperini ilə yaşadığı fikir ayrılığı səbəbindən klubdan gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

“Roma” rəhbərliyi rəsmi açıqlamasında Ranyeriyə təşəkkür edib. Açıqlamada həmçinin, vurğulanıb ki, klub baş məşqçi Qasperiniyə tam etibar edir və onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Roma” hazırda İtaliya çempionatında 33 turdan sonra 58 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi