Niderlandlı hücumçu üçün təklif göndərməyə hazırlaşır - “Yuventus”

24 Aprel 22:00 İtaliya 716
Niderlandlı hücumçu üçün təklif göndərməyə hazırlaşır - “Yuventus”

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yay transfer dövründə komandasını dəyişə bilər.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərədə gözlənilən performansı göstərə bilmədiyi üçün ayrılıq variantını nəzərdən keçirir.

“Yuventus” niderlandlı forvarda marağını yenidən artırıb və mövsüm başa çatdıqdan sonra rəsmi təklif göndərməyə hazırlaşır.

Turin təmsilçisi oyunçunun transfer dəyərini təxminən 30 milyon avro civarında qiymətləndirir.

Zirkze cari mövsümdə “Mançester Yunayted”in heyətində 22 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. O, İngiltərə təmsilçisinə keçməzdən əvvəl İtaliyada “Bolonya” klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?