“Yuventus” müdafiə xəttini gücləndirmək üçün “Atalanta”nın oyunçusu Lorenzo Bernaskoni ilə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin skautları 22 yaşlı futbolçunu İtaliya kubokunun yarımfinal mərhələsində, “Latsio” ilə keçirilən qarşılaşmada (1:1, penaltilərdə “Latsio” üstün olub – 2:1) izləyiblər.
“Yuventus” italiyalı müdafiəçini prioritet transfer hədəflərindən biri hesab edir. “Atalanta” isə oyunçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Bernaskoni cari mövsümdə 37 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

