İki komandanın baş məşqçi postuna namizəddir - Məşhur italyan

22:00 İtaliya 125
İki komandanın baş məşqçi postuna namizəddir - Məşhur italyan

Tanınmış italiyalı mütəxəssis Mauritsio Sarriyə A Seriyasında yenidən yüksək tələbat var.

Sportinfo.az “TuttoMercatoWeb”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ilə həm “Fiorentina”, həm də “Napoli” maraqlanır.

Neapol təmsilçisi hazırkı baş məşqçisi Antonio Kontenin komandadan ayrılacağı təqdirdə, Sarri variantını nəzərdən keçirə bilər. Sarri daha əvvəl də “Napoli”ni çalışdırıb.

Bununla belə, hazırda “Fiorentina”nın marağı daha ciddi hesab olunur.

Klub rəhbərliyi mövsümün ikinci hissəsində kifayət qədər yaxşı nəticələr göstərməsinə baxmayaraq, baş məşqçisi Paolo Vanoli ilə uzunmüddətli layihə qurmağı düşünmür.

Sarri hazırda “Latsio”nun “sükanı arxasındadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti