“Milan”dan icarəyə götürdükləri futbolçunu geri qaytarırlar

21:40 İtaliya 90
“Milan”dan icarəyə götürdükləri futbolçunu geri qaytarırlar

“Milan”dan icarə əsasında Zaqreb “Dinamo”sunda çıxış edən yarımmüdafiəçi İsmael Bennaser yenidən “qırmızı-qaralar”a qayıdacaq.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi əlcəzairli futbolçunun 15 milyon avroluq satınalma şərtini aktivləşdirməyəcək. Bu səbəbdən, o, yenidən “Milan”a qayıdır.

“Qırmızı-qaralar”ın planı 28 yaşlı yarımmüdafiəçini satmaq olsa da, yüksək maaş tələbi (illik 4 milyon avro) transfer prosesini çətinləşdirir.

Hazırda yalnız Səudiyyə Ərəbistanı klublarının bu şərtləri qarşılaya biləcəyi deyilir.

Bennaser “Milan”a 2019-cu ildə, “Empoli”dən 17 milyon avroya transfer olunub və müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

O, bu mövsüm “Dinamo” forması ilə 13 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti