İtaliyalı tanınmış mütəxəssis Fabio Kapello, “Milan”ın hücumçusu Rafael Leaonun bu mövsümkü çıxışını dəyərləndirib.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun mərkəz hücumçusu mövqeyində inamlı görünmədiyini bildirib:
“Onu mərkəz hücumçusu kimi qəbul etmirəm. Amma məsələ təkcə mövqe deyil, sanki əvvəlki enerjisi də qalmayıb. O, artıq tam gücü ilə oynamayan “Milan”ın simvoluna çevrilib”.
Leao cari mövsümdə bütün turnirlərdə 26 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
“Qırmızı-qaralar” hazırda A Seriyasının 32 turundan sonra 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

