Baş məşqçi ilə yeni müqavilə bağlamağa yaxındırlar

00:10 İtaliya 94
Baş məşqçi ilə yeni müqavilə bağlamağa yaxındırlar

“İnter” baş məşqçisi Kristian Kivu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis klubla yeni müqavilə imzalamağa çox yaxındır.

Tərəflər arasında razılaşmanın müddəti 2028-ci ilə qədər nəzərdə tutulacaq.

Yeni müqaviləyə əsasən, Kivunun illik maaşı 4 milyon avro olacaq. Anlaşmada həmçinin, müddətin 2028/29 mövsümünün sonuna qədər avtomatik uzadılma bəndi də yer alacaq.

Kivu ötən ilin yayında “İnter”in “sükanı arxasında” Simone İnzaqini əvəz etmişdi. Onun komandası hazırda A Seriyasında 75 xalla turnir cədvəlinə başçılıq edir və çempionluğa çox yaxındır.

Milan təmsilçisi, həmçinin, İtaliya kubokunda yarımfinala yüksəlib.

UEFA Çempionlar Liqasının cari mövsümü isə “İnter” üçün uğursuz alınıb. Komanda pley-off mərhələsində Norveç “Bodo Qlimt”inə məğlub (1:3; 1:2) olaraq, mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…