“Sözlərim təhrif olunmağa davam edərsə, artıq danışmayacam” - Jurnalistlərə xəbərdarlıq

01:40 İtaliya 62
“Sözlərim təhrif olunmağa davam edərsə, artıq danışmayacam” - Jurnalistlərə xəbərdarlıq

“Napoli”nin baş məşqçisi Antonio Konte mediaya sərt mesaj ünvanlayıb.

Sportinfo.az “Radio 1”-ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis onun İtaliya millisi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən jurnalistləri sözlərini düzgün çatdırmağa çağırıb:

“Dediklərimi düzgün şərh edin. Sözlərim təhrif olunmağa davam edərsə, artıq danışmayacam”.

İtaliyalı çalışdırıcı bir daha vurğulayıb ki, hazırda “Napoli” ilə qüvvədə olan müqaviləsi var və başqa heç bir tərəflə danışıqlar aparmır.

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib və komandanın baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!