“Hara gedəcəyini və nə deyəcəyini bilmirdi, narahat idi” - Klub prezidenti

13 Aprel 18:40 İtaliya 699
“Hara gedəcəyini və nə deyəcəyini bilmirdi, narahat idi” - Klub prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo haqqında danışıb.

Sportinfo.az CBS-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:

“Qalib gəlmək üçün hamını birləşdirmək, kimya yaratmaq lazımdır. Qattuzo sadəcə hara gedəcəyini və nə deyəcəyini bilmirdi.

O, narahat idi, uğur qazanmaq üçün isə rahat və sakit olmaq lazımdır”.

Qattuzo 2019-cu ilin dekabrından 2021-ci ilin iyununa qədər “Napoli”də çalışıb. 48 yaşlı mütəxəssis 2025-ci ilin yayından bəri isə İtaliya millisinə rəhbərlik edib.

O, komandasının dünya çempionatına getməsinə nail ola bilməyib və istefa verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?