Avropanın məşhur klubu ilə müqavilənin müddətini 2 illik uzatdı

11 Aprel 00:20 İtaliya 674
Avropanın məşhur klubu ilə müqavilənin müddətini 2 illik uzatdı

“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə olan müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

Yeni razılaşmaya əsasən, 67 yaşlı baş məşqçi 2028-ci ilə qədər “Qoca sinyora”nın sükanı arxasında qalacaq.

Spallettinin əvvəlki sözləşməsi 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

2025-ci ilin oktyabr ayında komandaya gələn mütəxəssis qısa müddətdə öz oyun fəlsəfəsini tətbiq etməyi bacarıb. Hazırda “Yuventus” İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM