Milliyə müvəqqəti baş məşqçi təyin olundu - RƏSMİ

11 Aprel 00:10 İtaliya 695
Milliyə müvəqqəti baş məşqçi təyin olundu - RƏSMİ

İtaliya millisinə müvəqqəti baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, gənclər yığmasının baş məşqçisi Silvio Baldini yaxın oyunlarda yığmaya rəhbərlik edəcək.

68 yaşlı mütəxəssis İtaliya yığmasının iyunun 3 və 7-də Lüksemburq və Yunanıstana qarşı yoldaşlıq görüşlərinə hazırlayacaq.

İtaliya yığması DÇ-2026-ya vəsiqə qazanmadığlndan Cennaro Qattuzo aprelin 3-də vəzifəsindən istefa verib.

1984-cü ildən məşqçilik fəaliyyətinə başlayan Silvio Baldini karyerası ərzində İtaliyada 20-yə yaxın kluba rəhbərlik edib.

İtaliya millisi sentyabr ayında UEFA Millətlər Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?