Özünü doğrultmayan qapıçısını yayda satmağı planlaşdırır - “Yuventus” rəhbərliyi

12:20 İtaliya 66
Özünü doğrultmayan qapıçısını yayda satmağı planlaşdırır - “Yuventus” rəhbərliyi

“Yuventus”un qapıçısı Miçel Di Qreqorio yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper qışda bir neçə uğursuz çıxışdan sonra əsas heyətdəki yerini itirib.

O, yaxınlarda meydana qayıdaraq “Cenoa” ilə matçda (2:0) penaltini dəf etsə də, klub rəhbərliyi yenə də onunla yollarını ayırmağa meyillidir.

“Yuventus” rəhbərliyi yayda italiyalı qapıçını satmağı planlaşdırır. Artıq İngiltərə Premyer Liqası təmsilçilərinin ona maraq göstərdiyi bildirilsə də, konkret klubların adları açıqlanmayıb.

Qreqorionun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti