Baş məşqçi ilə bağlı qərar - Saxlayırlar, yoxsa göndərirlər?

10 Aprel 01:40 İtaliya 700
Baş məşqçi ilə bağlı qərar - Saxlayırlar, yoxsa göndərirlər?

“İnter” rəhbərliyi komandanın baş məşqçisi Kristian Kivu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan təmsilçisi rumıniyalı mütəxəssisin müqaviləsinin müddətini 2028-ci ilin yayına qədər uzatmağı planlaşdırır.

Klub həmçinin oyun sistemində dəyişiklik edərək 4-3-2-1 sxeminə keçməyi də nəzərdən keçirir.

Kivu 2025-ci ilin iyununda “İnter”in baş məşqçisi təyin olunub və hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

O, 2018–2024-cü illərdə klubun akademiyasında müxtəlif yaş qruplarını çalışdırıb, 2025-ci ildə isə “Parma”ya rəhbərlik edib.

Kivu 2007-2014-cü illərdə “İnter”də oyunçu kimi forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?