Artıq onu toxunulmaz hesab etmirlər - Satmağa hazırdırlar

9 Aprel 10:20 İtaliya 644
Artıq onu toxunulmaz hesab etmirlər - Satmağa hazırdırlar

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso yay transfer dövründə komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi artıq 26 yaşlı futbolçunu toxunulmaz hesab etmir.

Rəhbərlik transfer büdcəsini artırmaq və baş məşqçi Luçano Spallettinin istəklərinə uyğun yeni oyunçular cəlb etmək üçün Kambiasonu satmağa hazırdır.

İtaliyalı müdafiəçi ilə “Barselona” maraqlanır, daha əvvəl isə “Mançester Siti” onu heyətinə qatmağa cəhd etmişdi. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?