“Hələ də bu vəziyyətdə olsaydım, mənim başıma belə bir şey gəlsəydi…“

15:40 İtaliya 95
“Hələ də bu vəziyyətdə olsaydım, mənim başıma belə bir şey gəlsəydi…“

İtaliya millisinin sabiq baş məşqçisi, hazırda “Yuventus”un çalışdırıcısı Luçano Spalletti italiyalıların 2026-cı il dünya çempionatının pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edərək, Cennaro Qattuzonu dəstəkləyib.

Spotinfo/az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Qattuzonun əla insan olduğunu bildirib:

“Bosniya və Herseqovina ilə oyun bitəndə, and içirəm ki, özümü Qattuzonun yerinə qoydum və ilk düşüncələrim onun haqqında idi.

O, əla insandır, futbolu çox sevir və dünyanın ən yaxşılarından biri olmaq üçün bütün keyfiyyətlərə malikdir.

Yadımdadır, düşünürdüm ki, hələ də bu vəziyyətdə olsaydım və o mühitdə, o stadionda mənim başıma belə bir şey gəlsəydi… Həqiqətən də, o vəziyyətdən sonra özümə gələ bilməzdim”.

Qattuzo 2025-ci ilin iyununda millinin baş məşqçisi postunu məhz Spallettidən təhvil alıb, ancaq komandanın DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra istefa verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti