“İnter”in hücumçusu Markus Türam bazar günü A Seriyasında “Roma”ya qarşı (5:2) keçirilən oyunda fərqlənib.
Fransalı 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, çıxışı ilə bağlı bunu deyib:
Hücumçu qol vurmalıdır! “9 nömrə” üç ay qol vurmadan qala bilməz, amma mən komandaya əlimdən gələn hər şəkildə kömək etməyə çalışıram.
Məndə bir çöküş olub və ümid edirəm ki, bu, bir daha təkrarlanmayacaq”.
28 yaşlı forvard 8 oyunluq qolsuz seriyadan – təxminən iki aydan sonra ilk dəfə “İnter”də qol vurub. O, bu mövsüm Milan klubunda 37 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

