“700 oyun keçirmisənsə, sağlamlıq məsələlərinə daha diqqətli yanaşmalısan”

6 Aprel 18:40 İtaliya 610
“700 oyun keçirmisənsə, sağlamlıq məsələlərinə daha diqqətli yanaşmalısan”

“İnter” İtaliya çempionatının son turunda doğma meydanda “Roma”nı darmadağın (5:2) edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, zədədən sonra yenidən heyətə qayıdan türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu oyundan sonra komandanın çıxışını dəyərləndirib və argentinalı hücumçu Lautaro Martinesin performansını xüsusi vurğulayıb:

“Bütün futbolçular önəmlidir və hamı sağlam olanda meydanda fərq açıq şəkildə görünür.

Karyeranda 700 oyun keçirmisənsə, sağlamlıq məsələlərinə daha diqqətli yanaşmalısan. Amma öz ritmimi tapanda hər şey daha asan olur”.

“İnter” hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 9 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!