“Barselona”ya keçmək üçün tələsir - “İnter”in müdafiəçisi

18:20 İtaliya 81
“Barselona”ya keçmək üçün tələsir - “İnter”in müdafiəçisi

“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını “Barselona”da davam etdirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq italiyalı futbolçu ilə əməkdaşlıq şərtlərini müzakirə edir.

“Barselona” rəsmiləri vəziyyətin nəzarət altında olduğunu düşünsələr də, müqavilənin bəzi detalları hələ də razılaşdırılmayıb.

Bastoni transferin mümkün qədər tez başa çatdırılmasının tərəfdarıdır. O, hesab edir ki, La Liqa klubu prosesi uzatmamalıdır.

Onun fikrincə, “İnter”lə danışıqlar nə qədər tez yekunlaşsa, transfer bir o qədər ucuz başa gələ bilər.

“Barselona” 26 yaşlı müdafiəçi üçün təxminən 55-60 milyon avro ödəməyə hazırdır. Ancaq qarşı tərəf daha yüksək – 70 milyon avrodan artıq məbləğ tələb edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti