Millinin uğursuzluğunun araşdırlmasını istəyir: “Bunun necə baş verdiyini bilmirəm”

15:40 İtaliya 86
Millinin uğursuzluğunun araşdırlmasını istəyir: “Bunun necə baş verdiyini bilmirəm”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsiylə bağlı suala cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün italiyalı azarkeşlər kimi məyus olduğunu bildirib:

“Bunun necə baş verdiyini bilmirəm. Əlbəttə ki, hamı üzülür və bu, təbiidir. Düşünürəm ki, ciddi və dərin təhlilə ehtiyac var”.

İtaliya millisi ardıcıl ücüncü dəfə dünya çempionatını buraxacaq. Komanda mundiala sonuncu dəfə 2014-cü ildə vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti