Baş məşqçinin milliyə gedişinə mane olmayacaq

00:20 İtaliya 65
Baş məşqçinin milliyə gedişinə mane olmayacaq

“Napoli” baş məşqçisi Antonio Kontenin İtaliya millisinə keçidinə mane olmayacaq.

Cennaro Qattuzo daha əvvəl 2026-cı il dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra milli komandanın baş məşqçisi vəzifəsindən istefa vermişdi.

Sportinfo.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Konte milli komandanın baş məşqçi postuna potensial namizəd ola bilər ki, bu da onun öz istəkləri ilə üst-üstə düşür.

İtaliya Futbol Federasiyası Kontenin milli komandada işləmək istəyindən xəbərdardır və onun öz komandalarında sabitliyi bərpa etmək bacarığına bələddirlər.

Kontenin “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Amma bunun onun milli komandaya baş məşqçi təyin olunmasına mane olacağı gözlənilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti