Hücumçu millinin düşərgəsini icazəsiz tərk etdi, cəzasını klubu verəcək

4 Aprel 21:40 İtaliya 100
Hücumçu millinin düşərgəsini icazəsiz tərk etdi, cəzasını klubu verəcək

“Napoli”nin hücumçusu Romelu Lukaku İtaliya A Seriyasının 32-ci turunda “Parma” ilə keçiriləcək oyundan sonra komandaya qoşulacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı forvard bu yaxınlarda milli komandanın düşərgəsini icazəsiz tərk edərək, vətənində fərdi məşqlər edib.

Bu addım klub rəhbərliyinin narazılığına səbəb olub.

“Napoli” ona qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Lukakunu həm cərimə, həm də əsas heyətdən kənarlaşdırılma təhlükəsi gözləyir.

32 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. Onun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti