Millidə görmək istədiyi yeni baş məşqçi kimdir?

00:10 İtaliya 100
Millidə görmək istədiyi yeni baş məşqçi kimdir?

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero, İtaliya millisinin çalışdırıcısı vəzifəsindən gedən Cennaro Qattuzonun yerinə baş məşqçi təklif edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“İtaliya millisinin yeni məşqçisi kim ola bilər? Düşünürəm ki, Antonio Konte bu iş üçün hər şeyə malikdir. Potensial namizəd kimi onu qeyd edərdim”.

İtaliya yığması dünya çempionatının son pley-off matçında Bosniya və Herseqovina millisinə məğlub olub (1:1, penaltilərdə 1:4). Komanda ardıcıl 3-cü dünya çempionatını buraxacaq.

Turnir 11 iyun-19 iyul tarixlərində Şimali Amerikada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti