“Qaçdı, bundan sonra onu yığmanın sükanı arxasında görmək istəmirəm”

21:40 İtaliya 140
“Qaçdı, bundan sonra onu yığmanın sükanı arxasında görmək istəmirəm”

“Milan”ın sabiq oyunçusu Canni Rivera Roberto Mançininin İtaliya millisinin baş məşqçi postuna mümkün qayıdışı ilə bağlı sərt reaksiya verib.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, o, Mançininin milliyə ilk zərər verənlərdən biri olduğunu deyib:

“Mançini Səudiyyə Ərəbistanına gedərək milli komandadan qaçdı. Bundan sonra onu İtaliya yığmasının sükanı arxasında görmək istəmirəm.

İndi isə o, komandaya qayıtmağa hazırdır. Amma Mançini milliyə ilk zərər verənlərdən biri idi”.

İtaliya millisi ardıcıl üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilməyib.

Cennaro Qattuzonun komandası həlledici pley-off matçında Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərdə 1:4).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti