“Bu, düzgün yanaşma deyil, onlar özləri üçün narahatdırlar”

18:20 İtaliya 86
“Bu, düzgün yanaşma deyil, onlar özləri üçün narahatdırlar”

UEFA prezidenti Aleksander Çeferin İtaliya futbolundakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirərək, əsas problemin futbolla siyasət arasındakı münasibətlər olduğunu deyib:

“Bəzi siyasətçilərin uğursuzluqlardan sonra dərhal tənqidə keçməsi düzgün yanaşma deyil. Onlar İtaliya üçün yox, özləri üçün narahatdırlar. Futbolda hər kəs qalib gələ və ya uduza bilər”.

UEFA rəhbəri həmçinin, vurğulayıb ki, İtaliya dünyanın ən böyük futbol ölkələrindən biridir və yenidən zirvəyə qayıdacaq.

Onun sözlərinə görə, futbol və siyasət daha yaxşı əməkdaşlıq etsə, İtaliya yenidən Avropa və dünya çempionu ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti