“Üzr istəyirəm, mən tapşırığın öhdəsindən gələ bilmədim”

2 Aprel 01:30 İtaliya 724
“Üzr istəyirəm, mən tapşırığın öhdəsindən gələ bilmədim”

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo dünya çempionatına vəsiqə uğrunda pley-off matçındakı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.

Qattuzonun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzaraq, DÇ-2026-dan kənarda qalıb.

Bununla da İtaliya millisi ardıcıl üçüncü dəfə mundialda iştirak etməyəcək. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bosniya və Herseqovina millisi daha dəqiq olub – 4:1.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında tapşırığın öhdəsindən gələ bilmədiyini deyib:

“İtaliya azarkeşlərindən, bütün ölkədən üzr istəyirəm. Tapşırığın öhdəsindən gələ bilmədim. Hazırda mənim gələcəyim heç bir əhəmiyyət kəsb etmir”.

Qattuzo ötən ilin yayında İtaliya millisinin baş məşqçi postuna təyin olunaraq Luçano Spallettini əvəzləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?