“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya millisinin növbəti dəfə dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirib və ölkənin futbol sistemini tənqid edib.
Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər ki, o, hazırda günahkar axtarmağın heç bir mənasının olmadığını deyib:
“İtaliya futbolunda uzun illərdir davam edən durğunluq mövcuddur və bu vəziyyət sanki hamını qane edir. Günah keçisi axtarmağın mənası yoxdur.
İtaliya futbolu artıq uzun illərdir yuxudadır. Və ən pisi odur ki, bu vəziyyət hamını qane edir. Ona görə də, heç nə dəyişmir”.
Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzaraq, DÇ-2026-dan kənarda qalıb. Bununla da, İtaliya millisi ardıcıl üçüncü dəfə mundialda iştirak etməyəcək.
Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

