İtaliya komandası ardıcıl olaraq 3-cü dünya çempionatında iştirak etməyəcək.
Sportinfo.az xəbər verir ki, “Skuadra Adzzura” bu dəfə pley-off-da Bosniya və Herseqovinaya məğlub olub.
Onlar əsas hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 1:4 hesabı ilə uduzublar.
İtaliya millisi sonuncu dəfə DÇ-2014-də iştirak edib. Onlar 2018 və 2022-ci il mundiallarında olmayıblar. 2026-da da 4 qat dünya çempionlarını izləyə bilməyəcəyik.

