Futbolçu və ailəsini otağa qapadıb, evini soydular - FOTO

15:20 İtaliya 111
Futbolçu və ailəsini otağa qapadıb, evini soydular - FOTO

“Roma”nın futbolçusu Neil El-Aynaui qarət olunub.

Sportinfo.az xəbər verir ki, hadisə ötən gecə futbolçunun Kastel Fusano rayonundakı evində baş verib.

6 silahlı şəxs gecə 3-də onun evinə girib. Onlar qonaq otağının pəncərəsini sındıraraq içəri daxil olublar.

El-Aynaui, anası, sevgilisi, qardaşı və qardaşının sevgilisini bir otağa salıb qapını bağlayıblar. Daha sonra evdəki 10 min avro dəyərindəki zinət əşyalarını, saatları və bahalı çantalarını oğurlayıblar.

Polis hadisə barədə araşdırmalara başlayıb.

soyguncular-meshur-futbolcu-ve-ailesini-otaga-qapadib-evini-soydular

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti