“Yuventus”un əsas transfer hədəfi odur - “Marsel”in yarımmüdafiəçisi

01:40 İtaliya 79
“Yuventus”un əsas transfer hədəfi odur - “Marsel”in yarımmüdafiəçisi

“Marsel”in yarımmüdafiəçisi Meyson Qrinvud “Yuventus”un əsas transfer hədəfinə çevrilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

“Yuventus” uğurlu mövsüm keçirən ingiltərəli futbolçunu prioritet transfer kimi dəyərləndirir.

Turinlilər yayda heyətdə genişmiqyaslı dəyişikliklər etməyi planlaşdırır və 24 yaşlı oyunçunu siyahının ilk sırasına yerləşdirib.

Vaxtilə “Mançester Yunayted”də çıxış edən Qrinvud bu mövsüm yüksək məhsuldarlıq nümayiş etdirir. O, bütün turnirlərdə keçirdiyi 38 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə verib.

Mümkün keçidlə bağlı danışıqlar yay transfer pəncərəsi yaxınlaşdıqca başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti