“Sassuolo”nun yarımmüdafiəçisi Nemanya Matiç İtaliya futbolunun mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “gazzetta.it”-ə istinadən xəbər verir ki, serbiyalı oyunçu, İtaliya futbolunun 90-cı ilərdə ilişib qaldığını bildirib:
“İtaliya futbolu 90-cı illərdə ilişib qalıb. Əsas problem gənclər akademiyalarındadır. Mən bunu öz oğlumun nümunəsində gördüm.
İngiltərə və Fransada gənclərin inkişaf proqramları daha öndədir. Orada driblinq, texnika inkişaf etdirilir və düzgün oyun qərarları tapmaqla əylənməyi öyrədirlər”.
37 yaşlı futbolçu karyerası ərzində “Benfika”, “Çelsi”, “Mançester Yunayted” kimi klublarda da çıxış edib.

