Bu dəfə Bundesliqadan 3 futbolçunun transferini planlaşdırır

14 Mart 00:00 İtaliya 365
Bu dəfə Bundesliqadan 3 futbolçunun transferini planlaşdırır

“İnter” yay transfer dövründə heyətini gücləndirməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalılar bu dəfə diqqəti Bundesliqaya yönəldib.

İtaliya klubunun skautları Almaniya çempionatında çıxış edən bir neçə futbolçunu yaxından izləyir.

Onların transfer siyahısında müdafiəçi Kim Min-Jae (“Bayern”), eləcə də yarımmüdafiəçilər Yulian Brandt (Dortmund “Borussiya”sı) və Leon Qoretska (“Bayern”) yer alıb.

“İnter” rəhbərliyi komandanın həm müdafiə, həm də yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır və bu səbəbdən, Bundesliqada çıxış edən təcrübəli futbolçulara xüsusi diqqət yetirilir.

Milan təmsilçisi cari mövsümdə UEFA Çempionlar Liqasında uğursuz çıxış edib. Komanda pley-off mərhələsində Norveç “Budo Qlimt”inə uduzaraq, turnirlə erkən vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!