İngiltərə klubunun transfer siyahısındadır - “İnter”in müdafiəçisi

10 Mart 01:40 İtaliya 452
İngiltərə klubunun transfer siyahısındadır - “İnter”in müdafiəçisi

“Liverpul” heyətini gücləndirmək üçün “İnter”in müdafiəçisi Federiko Dimarko ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “qırmızılar”ın prioritet transfer hədəflərindən birinə çevrilib.

İtaliyalı oyunçunun özü də karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşır və İngiltərədə gücünü sınamağa hazırdır.

Dimarkonun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Qış transfer pəncərəsi zamanı onunla “Mançester Yunayted” də maraqlanmışdı.

O, cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxaraq, 7 qol vurub və 15 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!