“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sözləşmə futbolçunun Turində 2030-cu ilə qədər qalmasına imkan verəcək.
Anlaşmaya əsasən, Lokatellinin illik maaşı 3,8–4 milyon avro civarında olacaq.
İngiltərə Premyer Liqasının bir neçə klubu 28 yaşlı yarımmüdafiəçi ilə maraqlansa da, o, bu təklifləri geri çevirərək, karyerasını “Yuventus”da davam etdirmək niyyətində olduğunu bildirib.
İtaliyalı futbolçu “Yuventus”a 2021-ci ildə “Sassuolo”dan transfer olunub. O, cari mövsümdə klub səviyyəsində 37 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

