Yay transfer dövründə “İnter”də ciddi dəyişikliklər baş verə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.
Milan təmsilçisi qapıçı Yann Sommer və üç müdafiəçi – Stefan de Vrey, Matteo Darmian və Françesko Açerbi ilə yollarını ayırmağı planlaşdırır.
“İnter” bu mövsüm UEFA Çempionlar Liqasında uğursuz çıxış edib. Komanda pley-off mərhələsində Norveç “Budo Qlimt”inə iki oyunun nəticəsinə görə məğlub olaraq, mübarizəni dayandırıb (1:3, 1:2).
Milanlılar buna baxmayaraq, A Seriyasında 67 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 10 xal qabaqlayır.

