“Aldlğım qırmızı vərəqə mənə 40 min avroya başa gəldi”

22:00 İtaliya 133
“Aldlğım qırmızı vərəqə mənə 40 min avroya başa gəldi”

“Yuventus”un sabiq yarımmüdafiəçisi Miralem Pyaniç Turin klubunda tətbiq olunan maraqlı qaydanı xatırladıb.

Bosniya və herseqovinalı futbolçu bildirib ki, komandanın paltardəyişmə otağında xüsusi bir cəza qaydası olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “komanda yoldaşlarınıza hədiyyə almısız” sualına Pyaniç belə cavab verib:

“Xeyr, amma bizim paltardəyişmə otağında bir qayda var idi. Hər qırmızı vərəqəyə görə bütün komandaya hədiyyə almaq lazım idi.

Bir dəfə qırmızı vərəqə aldım və bu mənə 40 min avroluq “Louis Vuitton” çantalarına başa gəldi”.

O, 2016–2020-ci illərdə A Seriyası təmsilçisinin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti