Hazırda Premyer Liqadan da “müştəri”si var - Serbiyalı hücumçunun

15:40 İtaliya 116
Hazırda Premyer Liqadan da “müştəri”si var - Serbiyalı hücumçunun

“Yuventus”un hücumçusu Duşan Vlahoviç mövsümün sonunda komandadan ayrıla bilər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, Turin klubu serbiyalı ilə 30 iyun 2026-cı ildə başa çatacaq müqavilənin müddətini uzatmağı planlaşdırmır.

Bu səbəbdən, Vlahoviç yayda azad agent statusu qazana bilər.

25 yaşlı forvardın xidmətində bir sıra klublar maraqlıdır. Ancaq transfer uğrunda mübarizədə əsas favorit kimi “Çelsi” göstərilir.

Vlahoviç 2022-ci ildə “Fiorentina”dan “Yuventus”a 83 milyon avro qarşılığında transfer olunub. O, cari mövsümdə Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti