“Mənə meymun səsləri çıxarır, “get banan ye” deyirdilər”

00:20 İtaliya 80
“Mənə meymun səsləri çıxarır, “get banan ye” deyirdilər”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ikinci liqasında çıxış edən “Əl-İttifaq”ın hücumçusu Mario Balotelli irqçi təhqirlərlə üzləşdiyini açıqlayıb. İtaliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, insidentin “Dubay Siti” ilə keçirilən oyun zamanı baş verdiyini və matç ərzində bir neçə dəfə irqçi ifadələrə, təhqirlərə məruz qaldığını bildirib:

“Rasizmi (irqi zəmində təhqir və alçaldıcı ifadələr) hər zaman pisləmişəm, amma burada bununla qarşılaşacağımı gözləmirdim.

Ümid edirəm ki, gələcəkdə bunun qarşısını almaq üçün ciddi tədbirlər görüləcək. Oyun zamanı mənə dəfələrlə irqçi ifadələr səsləndirildi. Mənə meymun səsləri çıxarır, “get banan ye” deyirdilər.

Rasizmin nə futbolda, nə də cəmiyyətdə yeri var. Belə davranışı normallaşdırmaq, bəraət qazandırmaq və ya görməzdən gəlmək olmaz.

Bu barədə danışmağımın məqsədi diqqəti problemə çəkməkdir – təkcə özüm üçün yox, buna bənzər hallarla üzləşən hər bir oyunçu üçün. Bəsdir!”

33 yaşlı hücumçu karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul” kimi klublarda və İtaliya millisində çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!