“Milan”ın müdafiəçisi Aleks Ximenes icarə əsasında çıxış etdiyi “Bornmut”un tamhüquqlu futbolçusuna çevrilib.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl KİV-də yayılan xəbərlərə görə, 20 yaşlı futbolçunun transferi üçün “Bornmut” “Milan”a 19 milyon avro ödəyəcək. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonus da daxildir.
İspaniyalı müdafiəçi cari Premyer Liqa mövsümündə 22 oyunda iştirak edib, 1 qol vurub.
“Bornmut” hazırda İngiltərə çempionatında 26 turdan sonra 37 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

