“Fiorentina”nın müdafiəçisi Nikkolo Fortini “Yuventus”un maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.
19 yaşlı futbolçunun transfer dəyəri təxminən 15 milyon avro qiymətləndirilir.
“Yuvenstus” onun keçidi üçün mümkün razılaşmaya öz oyunçularından birini də daxil etməyi planlaşdırır. Söhbət Daniele Ruqani və ya Federiko Qattidən gedir.
Fortini cari mövsümdə İtaliya A Seriyasında 14 oyunda iştirak edib.
“Yuventus” ölkə çempionatında 20 turdan sonra 39 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turin klubu lider “İnter”dən 7 xal geri qalır.

