Mərakeşli müdafiəçini yenidən hədəfə aldı - “Yuventus”

10:20 İtaliya 80
Mərakeşli müdafiəçini yenidən hədəfə aldı - “Yuventus”

“Mançester Yunayted”in müdafiəçisi Nussair Mazraui yenidən “Yuventus”un maraq dairəsinə düşüb.

Mərakeşli futbolçunun Turin klubuna mümkün transferi ilə bağlı söhbətlər ötən ilin yayında da gündəmdə olmuşdu.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” Mazrauini yenidən hədəfə alıb.

28 yaşlı müdafiəçi 2026-cı il dünya çempionatı ərəfəsində “Mançester Yunayted”dən ayrılmaq variantını ciddi şəkildə nəzərdən keçirir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI