Fransalı qapıçı Mayk Menyan klubu “Milan”la yeni müqavilə imzalamağa hazırlaşır.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə bağlanacaq yeni sözləşmənin müddəti 2031-ci ilin ortalarına qədər qüvvədə olacaq.
Yeni müqavilənin şərtlərinə əsasən, Menyan “qırmızı-qaralar”ın ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.
Onun illik gəliri 5,7 milyon avro təşkil edəcək. Qapıçının “Milan”la hazırkı müqaviləsinin müddəti yayda başa çatacaqdı.
Menyan cari mövsümdə İtaliya A Seriyasında 16 oyunda meydana çıxıb, 13 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.

