"O, bəzən qol vurur, amma dünyadan təcrid olunmuş dəhşətli oyunçudur"

7 Yanvar 21:40 İtaliya 214
"O, bəzən qol vurur, amma dünyadan təcrid olunmuş dəhşətli oyunçudur"

İtaliyalı sabiq futbolçu Antonio Kassano “Milan”ın hücumçusu Rafael Leaonun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunu sərt tənqid edib:

“Rəqəmləri kənara qoymaq olar, statistika mənim üçün əhəmiyyətsizdir. Bilirsiz Leao mənə kimi xatırladır?

Riçarlisonu (“Tottenhem”də çıxış edən braziliyalı futbolçu). O, bəzən qol vurur, amma dünyadan təcrid olunmuş dəhşətli oyunçudur.

Leaonun futbol oyunu ilə heç bir əlaqəsi yoxdur”.

26 yaşlı forvard bu mövsüm “Milan”da 13 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti