İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano “Milan”ın baş məşqçisi Massimiliano Alleqrini tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 58 yaşlı mütəxəssisi komandanın İtaliya çempionatı və superkubokdakı uğursuzluqlarında günahlandırıb:
“O, on ildir ki, heç nə qazana bilmir. Onun yeganə istedadı meydançanın kənarında səhnələr yaratmaqdır.
Hətta jurnalistlərlə belə, ünsiyyət qura bilmir. Və məni təəccübləndirən odur ki, onlardan heç biri – jurnalistlər – ondan niyə Tyaqo Silvanı (yaxınlarda “Portu”ya keçən braziliyalı müdafiəçi) istəmədiyini soruşmayıblar”.
“Milan” hazırda A Seriyasında turnir cədvəlində ikinci yerdədir.

