Artem Dovbik artıq qış transfer pəncərəsində “Roma”nı tərk etməyə hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu bu ay ukraynalı hücumçu ilə yolları ayırmaq variantlarını nəzərdən keçirir.
O, A Seriyasında çıxış edən və adları açıqlanmayan iki kluba təklif olunub.
28 yaşlı futbolçu baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında “Roma”da müntəzəm oyun təcrübəsinə malik deyil. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Dovbik cari mövsümdə “Roma”nın heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

