İtaliya A Seriyasında XVIII turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, səfərdə "Latsio"nun qonağı olan "Napoli" 2:0 hesablı qələbə qazanıb.
"Napoli" bu qələbə ilə xallarının sayını 37-yə çatdıraraq 2-ci pilləyə yüksəlib. "Latsio" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.
"Latsio" - "Napoli" 0:2
Qollar: L.Spinazolla,13, A.Rrahmani, 32

